Sığorta şirkəti Xətai RİH-in qurumunu məhkəməyə verdi
Bakı Kommersiya Məhkəməsində "Azsığorta" ASC-nin "Azərsu" ASC və Xətai Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib.
Kamal Məmmədov