azia.az
azia.az

Müalicə alan gənc faciəvi şəkildə öldü

2-02-2023, 16:04

Azia.az media-Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 31-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı Roma Fataxov özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan R.Fataxov orada vəfat edib. 

Roma Fataxovun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi