azia.az
azia.az

Naxçıvanlı deputat Naxçıvan olaylarından DANIŞDI: Yuyulmamış çömçə kimi...

2-12-2022, 14:32

"Bir çoxları son günlər Naxçıvan Muxtar Respublikası ilə bağlı yuyulmamış çömçə kimi özünü ortalığa atır". 

AMİA.AZ xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisinin bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, Naxçıvan həssas bir bölgədir.

"Cənab Prezident İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir. Erməninin öyrətdiyi adamlar gəlib Naxçıvan Muxtar Respublikası haqqında fikirlər səsləndirirlər. Burda siyasi oyunbazlığı qurmağın mənası yoxdur. Neçə nazirlik, komitə yoxlanıldı. Bu, digər bölgələrimizdə də baş verib. Naxçıvanlılar da azərbaycanlıdır”, - deyə deputat əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi