azia.az
azia.az

Yeni hava limanları sayəsində Qarabağın dünya ilə əlaqəsi quruldu - Çavuşoğlu

31-10-2022, 13:48


Hava limanlarının açılması sayəsində azad edilən torpaqların dünya ilə əlaqəsi quruldu.

Azia.az  Trend-ə istinadən bildirir ki, bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Akdeniz Universitetində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan 30 ildir davam edən haqsız işğala son qoyub.




"Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasının şahidi oluruq. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu", - deyə M.Çavuşoğlu əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi