azia.az
azia.az

Bakıda ata və anasını bıçaqladı, sonra isə...-DƏHŞƏT

27-10-2022, 08:45

Ali Məhkəmədə Bakıda ata və anasını bıçaqlamaqda təqsirləndirilən Fəqan Mustafayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Məlumata görə, hakimi Tahir Kazımovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, hadisə 2021-ci ilin avqustun 30-da Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78 ünvanında qeydə alınıb.

 

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü F.Mustafayevin valideynləri aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə ilə bağlı ondan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edib. Evə qayıdan F.Mustafayev atası və anasına ondan PB-nə şikayət etməsini irad bildirib. Atası F.Mustafayevə evdən çıxmasını təkid edib. Bu zaman onların arasında mübahisə düşüb. Nəticədə o, əvvəl atasını, sonra anasını bıçaqlayıb.

 

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.

 

F.Mustafayev polis əməkdaşları tərfindən saxlanılıb.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi