azia.az
azia.az

Azərbaycanda dəhşət – müəllim və şagird dərs zamanı ÖLDÜ

18-10-2022, 17:47


Sumqayıtda müəllim dərs zamanı vəfat edib. Xəbər verilir ki hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

Bundan əlavə, Oğuz rayonunda məktəbli dərs zamanı ölüb. Hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın idman dərsi zamanı qəfildən halı pisləşib və vəfat edib. İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürəktutması olub.

Faktla bağlı araşdırma aparılır.(İnterpress.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi