azia.az
azia.az

Vətən Müharibəsi Şəhidinin ad günü onun məzarı başında qeyd edildi-Qobustanda tədbir

17-10-2022, 20:15



Qeyd edək ki, bu gün İkinci Vətən Müharibəsi şəhidi, əfsanəvi xüsusi təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin ad günüdür. Yaşasaydı şəhid Elyar Vəliyevin  31 yaşı tamam olacaqdı. Bu həm də şəhidin cənnətdəki ikinci doğum günü, mövlududur.

Qəhrəman şəhidimizi tanıyaq:

Elyar Vəliyev 1991-ci ilin 17 oktyabr tarixində Qobustan rayonunun Sədəfli kəndində sadə bir ailədə doğulub. 5 övladından ibarət olan ailənin böyük övladı idi. O, 1998-2007-ci illərdə orta məktəbdə  9 illik təhsil alıb. Şəhid Elyar Vəliyev uşaq vaxtlarında idmanla məşğul olub. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırlıb.  Elə həmin illərdən də  taleyini orduya, hərbə bağlamış,  Xüsusi Təyinatlı Azərbaycan Ordusunun giziri kimi xidmətə başlayır.

Bildirilir ki, əfsanəvi Xüsusi Təyinatlı Elyar Vəliyev Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Peşəkar hərbçi, Vətən sevdalısı kimi Vətən Müharibəsinin ilk anlarından döyüşlərə qatılıb.

Döyüşərək düşmənin kabusuna çevrilib, bir sıra qəhrəmanlıqlara imza atıb.

Füzuli, Cəbrayıl, Hadrut-Xocavənd istiqamətində qanlı döyüşlərdə qəhrəmanlıq dastanı yazan Elyar Vəliyev müharibənin 23-cü günü oktyabrın 19-da, 29 yaşının tamamından cəmi iki gün sonra Edilli-Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, Şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, Şəhidimiz 5 gün sonra, oktyabr ayının 24-də Sədəfli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhid Eliyar Vəliyev ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən  “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Eyni zamanda, bir sıra medallara layiq görülüb

 2013-cü ildə 22 yaşında ailə həyatı quran Elyar Vəliyev 5 övlad (3-ü əkiz olub) atası idi.

***

Cənnətdəki şəhidimizin ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub.

Elyar Vəliyevin məzarını başında geniş tədbir düzənlənib.

Tanınmış jurnalist Səbinə xanımın aparıcılıq etdiyi tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından, tarixi Zəfərimizə verdiyi töhfələrdən danışılıb.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib. Duyğulu, təsirli, kövrək anlar yaşanıb.

Ailə üzvləri də ziyarət iştirakçılarına öz minnətdarlıqlarını, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə öz təşəkkürlərini ifadə ediblər.

Eyni zamanda, Şəhidin qardaşı, İkinci Vətən Müharibəsi iştirakçısı Elçin Vəliyevə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik İxtiyar Əhmədov tərəfindən veteran vəsiqəsi təqdim olunub.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Onu da qeyd edək ki, məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə-ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, İcra başçısı Adil Məmmədov başda olmaqla, Qobustan rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, Qobustan Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Anar İrzaquliyev və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci doğum günü 31 yaşı mübarək olsun!

Nur içində yatsın!

Xatirəsi daim qəlblərdə, qəlbimizdə yaşayacaq!

Ömür boyu Şəhidlərə, Elyarlara borcluyuq, onlara olan borcumuz heç zaman ödənməz!

Qarabağ Azərbaycandır!

 

 

 

Azia.az


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi