azia.az
azia.az

Məhbuslar üsyana qalxdı - Tehran yanır - VİDEO

16-10-2022, 08:53

İranın paytaxtı Tehranda yerləşən “Evin” həbsxanasında yanğın baş verib.



Xəbər verilir ki, hadisə yerində silah səsləri eşidilib.
Yanğının həbsxanada məhbuslar tərəfindən başladılan üsyan nəticəsində yarandığı bildirilir.
İranın Dövlət İnformasiya Agentliyi (IRNA) təhlükəsizlik rəsmisinə istinadla bildirib ki, Tehranın Evin həbsxanasında məhbuslar tərəfindən paltarların saxlandığı anbar yandırılıb.


Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisə nəticəsində ölən olmasa da, 8 nəfərin yaralandığı qeyd olunur.


“Yanğın lokallaşdırılıb, ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün iş gedir”, - agentlik fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərindən sitat gətirir.
Qeyd edək ki, həbsxanada siyasi işlərə görə məhkum olunmuş şəxslərlə yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.



Qeyd edək ki, “Evin” həbsxanası qorxulu hekayətləri ilə ad çıxarıb.

Tehranın şimalında 43 hektarlıq ərazini tutan bu həbsxanada siyasi məhbuslar da daxil minlərlə dustaq saxlanır.
İnsan haqları fəalları “Evin” həbsxanasında məhbuslara qarşı müxtəlif qanunsuzluqların sistematik hal aldığını bildirirlər.


2014-cü ildə “Evin” həbsxanasının siyasi məhbuslar, jurnalistlər, alimlər və ziyalılar saxlanan sektorunda nəzarətçilərin dustaqları döymələri ilə bağlı İranın penitensiar xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmışdı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi