azia.az
azia.az

Deputatın "oğlum iş tapa bilmir" sözlərinə tanınmış yazardan CAVAB: "Əjdaha o

14-10-2022, 18:05


Milli Məclisin deputatı Tahir Kərimli  açıqlamasında oğlunun iki aydan artıqdır iş tapa bilmədiyini deyib. Deputatın bu fikirləri sosial şəbəkədə gündəm olub.

32gun.az xəbər verir ki, T.Kərimlinin dediklərinə Yazıçılar Birliyinin, Jurnalistlər birliyinin üzvü, yazar və bəstəkar Rauf Qərib Alagöz də reaksiya verib. 

Tanınmış yazar millət vəkilinin bir müddət öncə oyuncaq əjdaha ilə şeir deyərək çəkdiyi videosunu xatırladaraq "Əjdaha oynatsın" deyə paylaşım edib. 

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a açıqlamasında bu sözləri deyib: “Oğlumun ABŞ-a getmək üçün "Green card"a müraciət etməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Mənim oğlum ABŞ-a getməyib, heç vaxt da getmək fikri olmayıb. O, Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın “Borjomi” komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə Vətənə gəlib. Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib”. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi