azia.az
azia.az

Elmar Vəliyevin qardaşına dələduzluq edən şəxsin məhkəmə istintaqı yeniləndi — QƏRAR

14-10-2022, 15:51

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
 xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsaitlə çıxış edib. Vəkil cinayət işində bəzi sənədlərin araşdırılmasını ehtiyac olduğunu deyib. Bu səbəbdən məhkəmə istintaqının yenilənməsinin istəyib.
Məhkəmə vəsarəti təmin edib və işdə olan bəzi sənədlərin yenidən araşdırılmasına qərara verilib.

Növbəti proses oktyabrın 28-də davam edəcək. 

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.

İttihama görə, Cəfər Əliyev ümumilikdə 5 nəfərə   qarşı dələduzluq edib. Zərərçəkmişlər dən biri Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.

İstintaq orqanı tərəfindən Cəfər Əliyevin  barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi