azia.az
azia.az

Azərbaycan əsgəri dövlətinin qarantıdır

13-10-2022, 19:30


Gün o gün olsun ki!

 İllərdir dilimizdən düşməyən istək, alqış, xəyal, bu kəlmələr. İllərdir hər əlamətdar günlərimizdə bu arzuyla başlamışıq bütün ürək sözlərimizə. İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmişik... Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələr görmüşük, öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq. Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamışıq. “Vətən” deyə-deyə ürəyimizə qara qanlar axıtmışıq. Yurdu yuxuda görməyi özümüzə təskinlik bilmişik. Vətən həsrətilə bu dünyadan gözü açıq köçən əzizlərimizi doğma torpaqlarında dəfn edə bilməmişik. İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq...

Ali Baş Komandan İlham Əliyevin dünya miqyasında öz xüsusi çəkisi, yeri olan, xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdən bir kimi tarixə öz imzasını atdı. Xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Allah belə bir xoşbəxtliyi Onun simasında Azərbaycan xalqına bəxş edib. Azərbaycan tarixinə qalib dövlət başçısı kimi düşdü. Cənab İlham Əliyev. İşğalda olan torpaqlarımızı azad edib, düşmənləri bu ərazidən çıxarıb, həmin ərazilərdə suverenliyimizi bərpa etdi. Belə qəhrəman döyüşçü zabitlərimizdən biri də Birinci Qarabağ müharibəsinin döyüşçüsü Mikayılov Vidadi Əyyub oğludur. 


Mikayılov Vidadi Əyyub oğlu 10.02.1964-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1981-ci ildə Minkənd kənd orta məktəbini bitirmiş, 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitututuna daxil olmuşdur. 1983-1985-ci illərdə keçmiş SSRİ-nin Belarusiya Respublikasında Tank qoşunlarında sürücü- mexanik vəzifəsində xidmətdə olmuşdur. 1989-cu ildə ali təhsilini başa vurub gənc mütəxəssis kimi “Ulduz” Hərbi Elmi İstehsalat Birliyində əmək fəaliyyətinə başlamışdır. 17.03.1993-cü ildə Xəzər Rayon Hərbi Komissarlığı tərəfindən leytenant rütbəsində həqiqi hərbi xidmətə çağırılıb və döyüş bölgəsinə göndərilmiş, Cəbrayıl, Füzuli, Beyləqan və Ağdam uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Xidmətinin 21 ilinin əsas hissəsini yəni 17 ilə yaxın dövrünü cəbhə bölgələri olan Cəbrayıl, Füzuli, Beyləqan, Ağcəbədi, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Gədəbəy, Tovuz və Qazax ərazilərində başa vurub, 2013-cü ilin ortalarında polkovnik-leytenant hərbi rütbəsində yaş həddinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Qarabağ veteranıdır. 

Qarabağ Azərbaycandır!


Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi