azia.az
azia.az

"Gizlənirik ki, görünməyək" - Hadı Rəcəbli

13-10-2022, 16:10

Ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Vida mərasimində keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmov da iştirak edib. Uzun müddət sonra görünən Hadı Rəcəblinin kəskin şəkildə arıqlaması diqqət çəkib. 

Azia.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a danışan H. Rəcəbli arıqlamasının səbəbini açıqlayıb:



"İdman edirəm, özümü qoruyuram. Bəziləri yazır ki, guya, xəstəliyə tutulmuşam. Heç bir xəstəliyim yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, çalışıram ki, arıqlayım. Gizlənirik, çalışırıq ki, görünməyək. Görünəndə də belə olur", - deyə sabiq deputat qeyd edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi