azia.az
azia.az

Tanınmış vəkilə qarşı inanılmaz dələduzluq

12-10-2022, 08:57

Azərbaycanda tanınmış vəkilə qarşı dələduzluq edilib.

 

Məlumata görə, Anar Əhmədov Vəkillər Kollegiyasının üzvü, "Kəngərli və partnyorları" vəkil bürosunun rəhbəri İsmayıl Kəngərlinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

İstintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bundan başqa, o, daha 5 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyib. Cinayət işində ümumilikdə 5 zərərçəkmiş var. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Səbinə Məmmədzadənin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: İsmayıl Kəngərli 10 ildir vəkillik fəaliyyəti ilə məşğul olur.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi