azia.az
azia.az

Tanınmış şairəni öldürən nəvədən xəbər var

11-10-2022, 08:40

Sumqayıtda nənəsini qətlə yetirməkdə ittiham olunan Nicat Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin edilib.

 

Qeyd : Bu il iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi, 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Q.Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

84 yaşlı Q.Mehdixanlı tanınmış şairə olub. QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.

 

Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi N.Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi