azia.az
azia.az

"Tərtər cinayəti"ni sifariş verən məmurlar hələ də vəzifə başındadırlar

10-10-2022, 19:54

Hazırda dünyada heç bir xalq Azərbaycan xalqı qədər mənəvi və fiziki terrora məruz qalmır. Azərbaycan hakimiyyətinin uzun illər ermənilər tərəfindən məhv edilən, torpaqları əlindən alınan və sonda qalib olan bir xalqın genefondunu məqsədli şəkildə məhv etməyə haqqı yoxdur. Ölkə sosial partlayışla üz-üzə dayanıb. 
Təhsil, səhiyyə bərbad durumda, iqtisadi monopoliya daha da dərinləşib, həbsxanalar məhkumları daha ağır cinayətkara çevirərək cəmiyyətə transfer edir. Azərbaycanda hər gün 40-45 ailə boşanır.  Həbsxanalarda 24 min məhbusun tən yarısı - 12 min nəfəri narkotik maddələrə görə həbs edilən şəxslərdir. 
Orta məktəblərin ibtidai siniflərinə ağır dərs proqramları salmaqla, uşaqları - gələcək nəslimizi məqsədli şəkildə savadsızlaşdırırlar. 
Bütün istedadlı insanlar məhv olub gedir, ölkənin ən cahil adamları yüksək vəzifələrə təyinat alır. Bütün ləyaqətli, istedadlı və milli insanların ürəyini bu üsulla partladırlar. 
"Tərtər cinayəti"ni sifariş verən məmurlar hələ də vəzifə başındadırlar. Korrupsiya və rüşvətə görə həbs edilən icra başçıları və digər məmurların pulları əlindən alındıqdan bir müddət sonra azadlığa buraxılır. Onlara həbsxanada olduqları müddətdə də lüks şərait yaradılır. 
Məhlə marketlərində qalaq-qalaq nisyə dəftərləri var. Tələbələr imkansızlıqdan əxlaqını satmaq məcburiyyətində qalır. 
Ölkədə pulla işləməyən heç bir məhkəmə sistemi yoxdur. Bütün hakimlərin, məhkəmə sədrlərinin pul daşıyan "makler"ləri var. 
Bütün rayon əhalisi Bakıya axışıb, Azərbaycan təkcə Bakıdan ibarətdir, Bakı da məşhur "Tarqovı" küçəsindən... 
Məmməd Araz küçəsində məmurlara məxsus villalar "otel" kimi arendaya verilib. Çox demirəm, məmurlar bircə saat o otellərin qarşısında durub biabırçı mənzərənini şahidi olsunlar. 
Ölkənin hüquq-mühafizə sistemi yağla işləyən motor kimidir, Pulun olmadısa, qanunlar da işləmir.
İş adamları Azərbaycandakı ticarət obyektlərini satıb ölkədən qaçırlar. "Arxası" olmayan iş adamları məmurların himayə etdiyi xüsusi dəstələr tərəfindən təzyiqlərə məruz qalır, pulları, malları əlindən alınır. Ən dəhşətlisi odur ki, ölkədən külli miqdarda pul kütləsi çıxır, bu pullarıın çoxu Rusiyaya daşınır.


Samir Feyruzov, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi