azia.az
azia.az

Bayraktara qarşı təxribatın qarşısı alındı - VİDEO

9-10-2022, 15:45

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Türkiyənin “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatının qarşısını alıb.

Bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Ruslar məşhur “Bayraktar” pilotsuz təyyarələrini istehsal edən “Baykar Defence” şirkətinin qurucularından biri Haluk Bayraktarla əlaqə saxlamağa çalışıb. Söhbət Ukraynanın baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində "deepfake" texnologiyasından istifadə edilməklə yaradılıb. Düzdür, rusların Haluk bəylə gözlənilən söhbət əvəzinə, heç də az olmayan saxta “Baykar şirkətinin katibi” ilə danışmaq “bəxti gətirib”, xəbərdə deyilir.

Kəşfiyyat rəsmiləri deyirlər ki, rusiyalı əməliyyatçılar zəng zamanı bir neçə dəfə özlərini ifşa ediblər.


Söhbətin sonunda rusiyalı əməliyyatçılara ifşa olunduqları və cavabdehlik daşıyacaqları barədə məlumat verilib”, - məlumatda deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi