azia.az
azia.az

"Azərbaycanda neçə erməni əsiri var"- Vəkil

28-09-2022, 07:55



"Ötən müddət ərzində Azərbaycandan Ermənistana 156 məhbus qaytarılıb. Lakin hələ də Azərbaycanda saxlanılan çoxlu sayda erməni var".

Xəbər verilir ki, bunu Avropa Məhkəməsində erməni ailələrini müdafiə edən vəkil Siranuş Saakyan deyib.

O iddia edib ki, rəsmi Bakının inkar etdiyi 80-ə yaxın erməni əsir Azərbaycanda saxlanılır: "Sentyabrın 13-də hərbi əməliyyatlara qədər Azərbaycanda rəsmi olaraq saxlanılan məhbusların sayı 33 nəfər idi və müharibədən sonrakı dövrdə artıq 20-yə yaxın yeni əsir götürülmə faktı qeydə alınıb. Böyük əksəriyyəti artıq rəsmi səviyyədə təsdiqlənib, lakin yaxın vaxtlarda Avropa Məhkəməsi vasitəsilə cavablar gözlənilir. O zaman biz son insidentlər zamanı əsir götürülən şəxslərlə bağlı məlumatlara daha dəqiq aydınlıq gətirə biləcəyik", - Saakyan bildirib. "AzPolitika.info"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi