azia.az
azia.az

Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alan var

28-09-2022, 06:39



Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.

Bu barədə xəbər verilir.

Məlumata görə, zəlzələ zamanı Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

Kəndin bəzi yerlərində qaya parçaları zəlzələnin təsirindən yola dağılıb.

Bundan başqa, bir neçə kənddə tövlələr dağılıb.

Qeyd edək ki, digər informasiya agentlikləri yeraltı təkanların 6,8 bal gücündə qeydə alındığını, zəlzələ ocağının 7 kilometr dərinlikdə yerləşdiyini bildiriblər.

Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi