azia.az
azia.az

Azərbaycan üçün ciddi tarixi şans yaranıb.

21-09-2022, 17:37



Şimal qonşumuz - Rusiya Ukrayna ərazisində NATO ilə müharibə aparır, hazırda bütün resurslarını kollektiv Qərblə müharibəyə səfərbər edib.
Cənub qonşumuz - İranda siyasi proseslər tektonik mərhələyə qədəm qoyur. İnsanlar 43 ildir davam edən teokratik idarəçilik sistemindən beziblər. Həmişə baş verən hadisə bu dəfə fərqli ampluada etirazlar yaratdı. İran həm də Çin, Türkiyə, Rusiya və İngiltərə kimi nəhəng güclər üçün strateji əhəmiyyət kəsb edən dəhlizə qarşı çıxır. İranda baş verən hadisələrdə kürdlərin aktivlik göstərməsi ciddi hadisədir. Bu o deməkdir ki, ABŞ İranda arzuolunan dağıntıları yaratmaq üçün ilkin mərhələdə proseslərə start verib. 
Reanimasion durumda olan Ermənistan - KTMT-dən çıxmağı müzakirə edir, Rusiyadan qoparaq sürətlə ABŞ-a tərəf yön alıb. Kreml-İrəvan münasibətləri xaosla müşahidə olunur. Hətta İrəvan Rusiya silahlarından imtina etməyin müzakirəsini aparır. 
İndi əsas məsələ budur: Belə bir münbit situasiyada Azərbaycan nə etməlidir?

Samir Feyruzov, politoloq



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi