azia.az
azia.az

Bakıda qadını xəstəxanaya aparmaq üçün FHN çağırıldı - VİDEO

18-09-2022, 17:48



Bakıda qadını xəstəxanaya aparmaq mümkün olmayıb, xilasedicilər çağırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bir nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün FHN-ə müraciət edilib.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş altıncı mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi