azia.az
azia.az

Makron Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

18-09-2022, 17:41



Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var.

Məlumata görə, Azərbaycan Türkiyənin “Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “МиГ-29” qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.

Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin “Kale Arge” şirkəti artıq SOM raketləri üçün “KTJ-3200” reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün “Roketsan” şirkətinə veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi