azia.az
azia.az

Yəhudilər Şəbnəm Tovuzlunun konsertinə ETİRAZ ETDİLƏR: "Gəlməsin"

17-09-2022, 18:22





Vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.

Xəbər verilir ki, bu barədə jurnalist Lacin Səmla məlumat verib.

Yəhudilər sənətçinin sözügedən konsert layihəsinə qarşı çıxıblar.
Onlar 77 şəhidimizin və onlarla yaralımızın olduğunu, ölkədə bütün mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun İsrailə səfər etməməsini tələb ediblər.

Məsələ ilə əlaqədar Qaynarinfo müğənni Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb. Sənətçinin köməkçisi sözü gedən konsert layihəsinin təxirə salınması ilə bağlı danışıqların getdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi