azia.az
azia.az

Tələbə olan ŞƏHİD

17-09-2022, 07:51



Ermənistan Silahlı Qüvvələrinin son təxribatları zamanı şəhid olan Cəmil Qurbanzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi olub.

ADBTİA-dan  verilən məlumata görə, 2020-ci ildə boks üzrə məşq və fiziki hazırlıq fakültəsinin qiyabi şöbəsinə daxil olan Qurbanzadə 1 il sonra həqiqi hərbi xidmətə yollanıb.

O, Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi