azia.az
azia.az

Müəllim "Bayraktar"a həsr olunan mahnısını oxuduğuna görə işdən qovuldu

17-09-2022, 07:47



Krımda müəllim "Bayraktar"a həsr olunan mahnısını oxuduğuna görə işdən çıxarılıb.

Xəbər verilir ki, sentyabrın 15-də sosial şəbəkələrdə texniki məktəbin tələbələrinin lentə aldığı iddia edilən video yayılıb.

Videoda bir kişi ukraynalı ssenarist Taras Borovkanın "Bayraktar" mahnısına çəkilmiş klipə baxır və onu tələbələri ilə müzakirə edir.

Məlumata görə, videonun qəhrəmanı rus dili müəllimi Andrey Belozerovdur. Müəllim sinifdə açıq şəkildə Ukrayna hərbçilərinin gəlişini necə gözlədiyini deyib:

"Texnikum müəllimi işdən qovulub. Biz bu cür musiqili tamaşaları xəyanət kimi qiymətləndiririk. Sərhədə 150 kilometr qalıb, kim Ukraynaya dəstək vermək istəyirsə, ora gedə bilər", - "Krım rəhbərinin müşaviri" Oleq Kryuçkov bildirib.

"Krımın Daxili İşlər Nazirliyi" istintaqa başladıqlarını və bütün halları müəyyənləşdirdiklərini bildiriblər.


Bundan başqa, işğal altındakı yarımadada texnikumun direktoru və rəhbərliyinə qarşı araşdırma aparılır.


13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi