azia.az
azia.az

Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı YENİ FAKTLAR

11-09-2022, 17:30

Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı YENİ FAKTLAR
Yunanıstanın Sahil Mühafizəsi tərəfindən atəşə tutulan heyətində azərbaycanlıların da olduğu “Anatolian” adlı gəmi Türkiyənin Çanaqqala boğazına yan alıb.
Türkiyənin Sahil Mühafizə Komandanlığının iki gəmisinin müşayiət etdiyi gəmi Qaranlıq liman adlı ərazidə lövbər salıb. “Əvvəlcə iki gəmi gəldi, atəşə davam etdi. Gəminin “körpü üzəri” dediyimiz hissəsinə doğru nişan aldılar, ora atəş açdılar. Türkiyə gəmilərinin gəldiyini gördükdə bölgəni tərk etdilər.
Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı YENİ FAKTLAR
Anons edə bilərdilər. Gəmini dayandırmağın bir çox yolu, üsulu, qaydası var. Məhkəmə qərarı verə bilərdilər, bayrağın aid olduğu dövlətə xəbərdarlıq edə bilərdilər. Məlumat verib, icazə ala bilərdilər. Biz tək gəmi deyilik ki, o sularda minlərlə gəmi var”, - deyə gəminin aid olduğu şirkətin rəsmisi Cengiz Oluc bildirib.

C.Olucun sözlərinə görə, hadisə zamanı “körpü üzəri” adlanan hissədə şüşə sınıb, bundan başqa gəmiyə zərər dəyməyib.

Mənbə: Anadolu Agentliyi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi