azia.az
azia.az

Azərbaycanda yüksək vəzifəli məmur 23 hektar torpağı oğlunun adına KEÇİRDİ-FOTO

9-09-2022, 14:59

Azərbaycanda yüksək vəzifəli məmur 23 hektar torpağı oğlunun adına KEÇİRDİ-FOTO
Azərbaycanda yüksək vəzifəli məmur 23 hektardan artıq torpağı oğlunun adına rəsmiləşdirib.



Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Tərtər rayon Düyərli inzibati ərazi vahidliyinin Sarıcalı kəndi ərazisində baş verir.

Belə ki, Tərtər Rayon İcra Hakimiyyetinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Əliyev adıçəkilən kəndin ərazisində bələdiyyənin ehtiyat fondundan oğlu Əlizadə Bayram Füzuli oğlunun adına 23 hektar sahəni özəlləşdirib.

Həmçinin təsərrüfatla məşğul olan kənd sakinlərinin sahələrini suvarmasi üçün nəzərdə tutulan artesian quyusunun suyu məmur oğlunun torpağına verilir.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Tərtər Rayon İcra Hakimiyyetinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev faktı təsdiqləyib. O, bu əməlinə haqq qazandırmağa çalışıb:

“Bəli, oğlum 23 hektar 80 sot torpaq sahəsini rəsmi müqavilə ilə götürüb. Bələdiyyə həmin torpağı elan verərək hərraca çıxarmışdı. Oğlum qoyulan qiymətə həmin torpağı aldı. Kim istəsə ala bilər, mən kiməm ki, bələdiyyənin işinə müdaxilə edim? Oğlum həmin torpaqda taxıl əkir, təsərrüfatla məşğul olur. Həmin kənddə başqa istiqamətdə 300 hektar ərazidə niyə artezian quyusu yoxdur və ya vurulmur? mən nə deyə bilərəm."



Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da Manset.az-a açıqlamasında məsələni inkar etməyib:

“Fizuli müəllimin oğlu hərracda iştirak edərək, həmin torpağı alıb.Əllərində sənədlər var. Artezian suyunun da həmin torpağa vurulmasının da səbəbi odur ki, həmin şəxsin oğlu dövlət sifarişli pambıq əkir. Biz seçmirik, bunu Kənd təsərrüfatı nazirliyi seçir.Mən həmin kəndin vətəndaşları da qəbul etmişəm. Onlara məsələni izah etmişəm. Həmin narazı sakinlər mənim sərəncamımı pozmağa çalışırlar”.


Azərbaycanda yüksək vəzifəli məmur 23 hektar torpağı oğlunun adına KEÇİRDİ-FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi