Korotçenko: “Əgər Sovet İttifaqına Heydər Əliyev rəhbərlik etsəydi...” — FOTO
“Sovet İttifaqına bədnam Mixail Qorbaçov yox, Heydər Əliyev başçılıq etsəydi, indi SSRİ 1 nömrəli dövlət olardı”. Xəbər verilir ki, bu barədə rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Facebook sosial şəbəkəsində yazıb. “Qorbaçov Heydər Əliyevi erməni lobbisinin əli ilə uzaqlaşdırdı. Qorbaçovun qulağına nəsə pıçıldayaraq onun Sov.İKP MK-nın Baş katibinin kreslosuna gedən bütün yolunu kəsdilər. Üstəlik, təkəbbürlü və axmaq Raisa Qorbaçova ABŞ-dakı erməni lobbisindən aldığı brilyantları boynundan asdı”, - deyə ekspert qeyd edib.
“Məhz erməni lobbisi Qorbaçovun iradəsizliyindən istifadə edərək SSRİ-nin dağılması prosesinə başladı, Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürdü və qanlı terrora başladı”, – deyə Korotçenko əlavə edib.
“Qarabağın Azərbaycana qaytarılması, erməni separatçılarının administrasiyasının darmadağın edilməsi tarixi ədalətdir və Sovet İttifaqını dağıdanlara verilən qisas aktıdır”, - deyə ekspert yekunlaşdırıb.