Magistral yola çıxıb ölümə “meydan oxudu” - VİDEO
Türkiyənin Bursa şəhərində kişi yarıçılpaq vəziyyətdə magistral yola çıxaraq özünün və sürücülərin həyatını təhlükəyə atıb.
Xəbər verilir ki, hadisəyə şahidlik edən şəxslərdən biri hadisəni telefonuna çəkərək ictimailəşdirib.
Hadisə yerinə gələn yol polisi xidmətinin əməkdaşları kişini saxlayıb.
İlkin dindirmə zamanı onun psixoloji durumunun normal olmadığı məlum olub.