azia.az
azia.az

Maliyyə Nazirliyi 80 yaşlı anaya QARŞI - GİLEY

31-08-2022, 14:27

Maliyyə Nazirliyi 80 yaşlı anaya QARŞI - GİLEY
Bakı sakini Qasımova Rəhilə Nağı qızı 1-ci vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım! Mətbuat vasitəsi ilə Sizə yazıb bildirirəm ki, 80 yaşında təqaüdçiyəm. Mənim Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 77 ünvanında 103,5 kvadrat metrlik yaşayış evim var idi. Ev mənə valideynlərimdən vərəsəlik qaydasında keçmişdir və mən, qızımın ailəsi ilə bilikdə həmin evdə yaşayırdım. Qızım 2017-ci ildə özünə mənzil aldığına görə köçdü. Mən də yaşlı və xəstə olduğum üçün qızımın yeni aldığı mənzildə yaşamağa başladım.

Evin yerləşdiyi ərazi Yasamal rayon İcra hakimiyyəti tərəfindən dövlət ehtiyacları məqsədi ilə 2018-ci ildə sökülməyə başlanmışdı. Biz həmin evdə yaşamadığımız üçün xəbərimiz olmadan bizim də ev sökülmüşdür. Evin sökülməsi nəticəsində mənə dəymiş kompensasiyanın ödənilməsi barədə Yasamal rayon İcra hakimiyyətinə və Maliyyə nazirliyinə müraciət etsəm də kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Sonra maliyyə nazirliyindən Cavanşir adlı işçisi evimin sökülməsinə görə 30 min manat bizə pul təklif etdi, biz isə bundan imtina etdik. Evimin çıxarışı və həmçinin mənzil istismar idarəsi tərəfindən verilmiş evin çertyoju da var. Amma buna baxmayaraq Yasamal rayon icra hakimiyyəti və Maliyyə nazirliyi evimin sökülməsinə görə mənə kompensasiya ödəmirlər.

Ona görə də, son ümüd yeri olaraq, yazıb, Sizdən xahiş edirəm ki, evimin sökülməsinə görə mənə verilməli olan kompensasiyanın ödənilməsinə köməklik edəsiniz".

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi