azia.az
azia.az

Bərdədə zorlanan qızdan XƏBƏR VAR

30-08-2022, 17:31

Bərdədə zorlanan qızdan XƏBƏR VAR
Bərdə rayonunda cinsi zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb.

32gun.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, zorakılıq faktı ilə bağlı Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirir. Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. Bu gün isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi