azia.az
azia.az

Səfər Mehdiyev ölkədən çıxa bilmir... - Xəstəlik xəbərini isə...

30-08-2022, 11:41

Səfər Mehdiyev ölkədən çıxa bilmir... - Xəstəlik xəbərini isə...
Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin səhhətində problem yarandığı, onun Bakıdakı klinikaların birində müalicəyə götürüldüyü iddia olundu. Bir neçə gün əvvəl baş verən bu proseslə bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub.

Mötəbər mənbə iddia edir ki, Səfər Mehdiyev əslində sapsağlamdır: "Lap turp kimidir. Səhhətində də heç bir problem yoxdur. Sadəcə olaraq, keçmiş sədr ölkədən çıxmaq və özü də birdəfəlik çıxmaq fikrinə düşdüyündən, özü haqqında "xəstədir" şaiyələrini yaydırıb, `yuxarıların` onun gedişinə `dobro`sunu almağa çalışır".

Hər halda Səfər Mehdiyev kimi fiqurların vəzifədən çıxan kimi ölkəni tərk edə bilməsi imkansızdır, xüsusən də o halda ki, keçmiş sədrin komandasının az qala yarısı həbsxanada ola-ola...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...\


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi