İstanbulda azərbaycanlı şairin əşyaları oğurlandı
Türkiyənin İstanbul şəhərində azərbaycanlı şair Şəhriyar del Geraninin əşyaları oğurlanıb.
![]()
Xəbərə görə, bu barədə şair Ramil Əhməd məlumat verib.
“Bir aydır Şəhriyar del Gerani ilə İstanbulda eyni evdə yaşayırıq. Onun qonağı gəldiyinə, mənim də Konyada işlərim olduğuna görə 1 həftəlik Konyaya gəldim. Dünən evdə oğurluq hadisəsi olub. Elə bir qiymətli əşyamız yox idi. Ancaq Şəhriyarın və dostunun kompyuteri və sənədlərin (pasport, şəxsiyyət vəsiqəsi) oğrulanması dəhşətdir, mənəvi/psixoloji olaraq ağırdır. Şəhriyarla İstanbulda yaşamaq haqqında uzun-uzun danışmış, səhəri dirigözlü açdığımız olub. Sentyabrın 18-də birlikdə Vətənə qayıdacaqdıq, biletləri də almışdıq. Onun sənədləri oğurlanıb... Evin 1-ci mərtəbədə olması, evdə yaşayanın başqa bir məmləkətdən olması, görünür, bu işi asanlaşdırıb. Söz tapmaq olmur...” – o qeyd edib.
Kənan