azia.az
azia.az

Daha bir general-leytenant vəzifəsindən azad edildi

28-08-2022, 23:15

 Daha bir general-leytenant vəzifəsindən azad edildi
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

Xüsusi olaraq qeyd edirik ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayevin vəzifəsindən azad olunması ilə bağlı ilk xəbəri Manset.az xəbər portalı dərc etmişdi. Lakin bəzi səbəblərdən imzalanan əmr elə həmin gün ərzində dəyişdirilmişdir.

Beləliklə Ş.Paşayevin yerinə onun müavini general M.Həsənov təyinat alıb. Həmin gün baş tutan təyinatın əmrinin nazir tərəfindən dəyişdirilməsi ilə bağlı Manset.az xəbər portalının arxivində FHN generallarının səs yazısı var. Ancaq Fövqəladə Hallar Nazirliyində baş verən məlum məsələlərlə bağlı və Dövlətin qanunla qorunan mənafelərini, eyni zamanda, həmin səs yazılarının cəmiyyətdə böyük ajotaja səbəb olacağını nəzərə alaraq dərc etmirik.

Şahmar Paşayevin vəzifəsindən azad olunaraq sərəncama götürülməsi ilə bağlı xəbər FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən saytımıza təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi