azia.az
azia.az

“Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq

25-08-2022, 20:43


Azərbaycanda “Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.
“Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq
Xəbər verilir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi