azia.az
azia.az

Xanımı 25 ildən sonra Stallonedən boşanır

25-08-2022, 18:33


Amerikalı aktyor, rejissor, prodüsser Silvestr Stallonenin həyat yoldaşı, model Cennifer Flavin 25 illik evlilikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Xanımı 25 ildən sonra Stallonedən boşanır
Xəbər verilir ki, Stallonenin boşanması barədə şayiələr ötən həftə yayılıb.

TMZ portalının yazdığına əsasən, Flavin boşanmaq üçün avqustun 19-da Florida ştatının Palm-Biç dairə məhkəməsinə müraciət edib. Bu qərara qadının ərinin ailə fondlarından sərvətlərini çıxarmasından narazı qalması səbəb olub.

Cennifer qızlıq soyadını bərpa etmək və birgə aktivlərlə bağlı əməliyyatlara qarşı qadağanın qoyulmasını tələb etmək istəyir.

Silvestr Stallone və Cennifer Flavin 1997-ci ildə evləniblər. Onların bu evlilikdən üç qızı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi