Kimə göyərti yemək olmaz?
Təzə göyərti çox faydalı məhsuldur. Göyərti əla vitamin, mineral və qidalı liflər mənbəyidir, bir çox xəsəliklərin qarşısını almağa və sağlamlığımızı möhkəmləndirməyə kömək edir.![]()
Lakin bəzi xəstəliklər zamanı təzə göyərtinin istehlakı ziyanlı ola bilər.
Azia.az saglamolun.az-a istinadən sizə bu xəstəliklərin siyahısını təqdim edir.
- Qastrit və xora xəstəliyi, kolit, pankreatit (mədəaltı vəzi iltihabı) zamanı çoxlu miqdarda göyərtinin istehlakı xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
- Öd daşı xəstəliyi, xolesestit (öd daşı iltihabı) zamanı göyərti yemək olmaz.
- Hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkirsinizsə, çoxlu miqdarda nanə yeməyin, bu da təzyiqin daha da düşməsinə səbəb ola bilər.
- Podaqra, böyrək daşı və böyrək iltihabları zamanı turşəng və ispanağı yemək olmaz.
- Hamiləlik zamanı cəfərinin çoxlu miqdarda istehlakı tövsiyə edilmir ki, bu göyərti uşaqlığın sıxılmasına səbəb ola bilər.
- Ürəyin işemik xəstəliyi, infarkt və insultdan sonra, tromboflebit zamanı çoxlu miqdarda göyərti yemək olmaz. Göyərtinin tərkibində olan K vitamini qanı qatılaşdırır ki, bu da ürək və damar problemləri olan insanlara ziyan vura bilər.
- Ciddi qaraciyər xəstəlikləri zamanı göyərtilərin (xüsusilə yaşıl soğan və sarımsağın) istehlakı ziyanlıdır.