Qazın qiyməti KƏSKİN BAHALAŞDI
Qazın qiyməti KƏSKİN BAHALAŞDI
Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb
Məlumata görə, “Report” bu barədə “İnterfaks”a istinadən xəbər verir.
“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.