azia.az
azia.az

Ana qeysəriyyə əməliyyatından sonra öldü

16-08-2022, 08:59

Ana qeysəriyyə əməliyyatından sonra öldü
Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.


Məlumata görə, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.


Xəstə müayinə olunduqdan sonra, 3-cü qeysəriyyə əməliyyatına aparılıb.


Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.


Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.


Həkimlər körpənin həyatını xilas etsələr də ana xəstəxanada vəfat edib.


Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.


Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aprılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi