Ermənistan parlamentinin "Hayastan" blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.
Ermənistan parlamentinin "Hayastan" blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.
Xəbər verilir ki, məlumatı "Hraparak" qəzeti yayıb.
Qəzet yazır ki, müxalifət deputatları "Laçın dəhlizi"ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.
Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər.
"Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış qəsəbə-red.) yaxınlaşırlar", - "Hraparak" yazıb.
Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı əlavə məlumat yayacağını vəd edib.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərinə qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrini boşaldılmasına mane olmaqdır.