ABŞ-ın BMT-dəki səfiri Türkiyəyə təşəkkür edib
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyəyə Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılması təşəbbüsünə nail olmaqda göstərdiyi səylərə görə təşəkkür edib.![]()
"Report" xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“İcazə verin, BMT-nin Baş katibinə (Antoniu Quterreşə) və Türkiyə hökumətinə bu təşəbbüsə naail olmasındakı töhfələrinə görə təşəkkürümü bildirim”, - Tomas-Qrinfild deyib.
Onun sözlərinə görə, həmin təşəbbüs sayəsində 16 gəmiyə yüklənmiş 20 milyon ton taxılı bazara çıxarmaq mümkün olacaq.
"Biz bu səyləri dəstəkləməyə davam edəcəyik", - o əlavə edib.
Tomas-Qrinfild Rusiyanı taxıl müqaviləsinin imzalanmasından dərhal sonra həyata keçirilən Odessa limanının atəşə tutulmasına görə yenidən tənqid edib.