azia.az
azia.az

İKİ nazirə töhmət verildi

31-07-2022, 08:55


Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib.

 İKİ nazirə töhmət verildi
Bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.



Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib.



Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib.



Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə isə son xəbərdarlıqla şiddətli töhmət verib. Prezident ona işdəki nöqsanları tez bir zamanda aradan qaldırmağı tapşırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi