“Gözlərimlə görmüşəm, türklər sakitcə Xankəndiyə gəlir” – Bakı ermənisi
“Bir həftə əvvəl orda (Laçında – red.) olmuşam, öz gözlərimlə görmüşəm, heç nə düzəltmirlər. Daha doğrusu, tikirlər, amma maşın üçün yoldur, o maşın belə gedib düz dərəyə yuvarlanacaq, elə tikirlər. Niyə sərhəd bölgələrində ev tikilir ki, bizi ora aparsın, türklər də alnımıza atəş açsın, hə”?![]()
Xəbər verilir ki, bu barədə Ermənistan hökumətinin əsas binası yaxınlığında başlayan etiraz aksiyası zamanı jurnalistlərə Hadrutdan olan qadın məlumat verib.
“Yenə deyirəm, mən Stepanakertə (Xankəndi – red.) getməyəcəyəm. Türklər sakitcə Stepanakertə gəlir. Bəli, mən bunu öz gözlərimlə görmüşəm. Mən getməyəcəyəm. O türk gözlərini görməyən nə dediyimi başa düşməyəcək və mən onları çox yaxşı tanıyıram, mən bakılı erməniyəm”, – deyə etirazçı bildirib.
Qeyd edək ki, hökumət binası yaxınlığında bir neçə paralel etiraz aksiyası başlayıb.