azia.az
azia.az

Qumar borcuna görə dostunu öldürən şəxs məhkəmə qarşısında

23-07-2022, 12:55

Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qumar borcuna görə dostunu öldürən şəxs məhkəmə qarşısında

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.



Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.



Qeyd: Hadisə bu il aprelin 4-də “Memar Əcəmi” metrostansiyasının yaxınlığında baş verib.



Belə ki, 1984-cü il təvəllüdlü R.Qasımov dostu, 1982-ci il təvəllüdlü Bəhruz Quliyevi qumar borcu üstündə öldürüb.



Məlumata görə, Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb.



Faktla bağlı cinayət işi başlanıb. Rabil Qasımov şübhəli şəxs qismində tutulub.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi