azia.az
azia.az

İstehlakçılar tərəfindən daxil olan 2977 müraciətə baxılıb

23-07-2022, 09:09

                       İstehlakçılar tərəfindən daxil olan 2977 müraciətə baxılıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022 - ci ilin birinci yarımilliyində istehlakçılar tərəfindən daxil olan 2977 müraciətə baxılıb. Müraciətlərin əksəriyyəti, malların (iş və xidmətlərin) qüsurlu və keyfiyyətsizliyi barədə olub. İstehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, müqavilə şərtlərinin pozulması, istehlakçılara zəruri və düzgün məlumatların verilməməsi də daxil olan müraciətlər sırasındadır.
Dövlət Xidmətinə bu dövrdə daxil olmuş müraciətlərin 1185 - i təmin olunub, 1041 müraciətlə bağlı izahat və tövsiyə verilib. 392 müraciət üzrə isə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, müraciətlər əsasında 169. 286 manat istehlakçılara qaytarılıb, 15. 080 manat dəymiş ziyan ödənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi