azia.az
azia.az

Vatsapda yeni funksiya yaranıb

22-07-2022, 09:07

Vatsapda yeni funksiya yaranıb
Artıq vatsap istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən messencer məlumatlarını ötürə biləcəklər. “Report” xəbər verir ki, bu barədə “XDA-developers” portalı məlumat yayıb. Keçən il belə funksiya “Samsung” istifadəçiləri üçün yaradılmışdı.
Qeyd olunur ki, istifadəçi minimum “Android 5.0” və ya “iOS 15.5” əməliyyat sistemli smartfona malik olmalıdır. Bundan əlavə, “Android”də vatsapın 2.22.7.74 və ya daha yüksək versiyası, iOS-da isə vatsapın 2.22.10.70 və ya daha yuxarı versiyası quraşdırılmalıdır. İstifadəçi “Android” smartfonundan “iPhone” keçirsə, birinciyə “iOS-a köçürmə” tətbiq-proqramını quraşdırılmalıdır, “iPhone” isə zavod parametrlərinə qədər sıfırlanmış və ya tamamilə yeni olmalıdır. Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi