azia.az
azia.az

“Kontakt Home”a əmək qanunvericiliyini pozduğuna cərimə protokolu tərtib edildi

21-07-2022, 08:45


“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə cərimə protokolu yazılıb.

“Kontakt Home”a əmək qanunvericiliyini pozduğuna cərimə protokolu tərtib edildi

Məlumata görə, MMC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokollar tərtib edilib.



Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.



İddia hakim Fərid Əmirəliyevin sədrliyi ilə araşdırılır.



Qeyd: “ABC-Telecom” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 min manatdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi