azia.az
azia.az

Söyüşkən bürclər – Kimlər əsəbiləşdikdə ağzına gələni danışır?

20-07-2022, 07:56

Söyüşkən bürclər – Kimlər əsəbiləşdikdə ağzına gələni danışır?
Söyüş söymək heç də yaxşı hal kimi qarşılanmır. Lakin heç vaxt təhqirə yol verməyən insanların sayı da milyonda birdir. Bəziləri isə artıq söyüş söyməyi vərdiş halına gətirib və harada olmasından asılı olmayaraq təhqiramiz fikirlər səsləndirir.

Ən çox söyüş söyən bürclərin siyahısı:

1. Tərəzi

Onlar nə qədər söz-söhbətdən uzaq qaçan insanlar olsalar da haqsızılığa uğradıqları zaman dillərinə hakim ola bilmirlər. Bu cür hallarda onlardan ən ağır ifadələri eşidə bilərsiniz. Xüsusilə də, kreativ söyüşlər icad etməkdə mahirdirlər.

2. Xərçəng

Məsum görünən xərçənglərin əsl simalarını üzə çıxardıqda hər kəsi təəccübləndirməyi bacarırlar. Xüsusilə qarğış qarğamaqda peşəkar olan bu bürcün nümayəndələri söyüş məsələsində də geri qalmırlar. Özündən çıxan xərçəng insanlar arasında da söyüş söyməkdən çəkinmirlər.

3. Oğlaq

İnadkar və dikbaş olan oğlaqlara kimsə meydan oxuduqda inanılmaz dərəcədə qəzəblənirlər. Ürəklərini boşaltdıqları vaxt isə yerin və qarşılarındakı şəxsin kimliyinin heç bir əhəmiyyəti qalmır. Qəzəbləndikdə hirsini soyutmaqdan başqa heç nə düşünmüədiyi üçün böyük davalara səbəb olacaq təhqirlər də səsləndirə bilərlər.

4. Oxatan

Bu bürcün nümayəndələri əxlaq kodeksindən tez-tez kənara çıxırlar. Əsasən də zarafat edərkən. Onlar söyüşlü zarafatlardan daha çox istifadə edirlər. Bir sözlə, oxatanlar digər bürclər kimi qəzəbləndikləri zaman yox, sadəcə zarafat edərkən təhqiramiz ifadələrə nitqlərində yer verirlər.

5. Buğa

Buğalar əksər hadisələrə o qədər də önəm vermirlər. Lakin səbrləri daşdıqda özlərini söz seçmək üçün yormurlar və nə gəldi deməyə başlayırlar. Bu zaman da, təbii ki, söyüşlərə də yer verirlər. Buğaların səbr kasasını daşıran öz yaxınları olsa belə onların acı dilindən nəsibini alır.

6. Qoç

Emosionallığı və səbrsizliyi ilə tanınır. Əgər onlarla mübahisəyə girişsəniz, yaxud da gözlədikləri nəyi gecikdirsəniz asanlıqla özlərindən çıxırlar. Bu cür vəziyyətlərdə qoçlar məntiqlə davranmır, ürəyindən keçənləri qarşısındakının üzünə deməkdən çəkinmir. Əsəbi qoçun leksikonu da söyüşlərlə zəngin olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi