Ukraynanın 2,7 milyon ton taxılı Rumıniya vasitəsilə ölkədən çıxarılıb
“İndiyədək Rumıniya ərazisindən tranzitlə keçməklə Ukraynadan 2,7 milyon tona yaxın taxıl çıxarılıb”.![]()
Xəbər verilir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
O qeyd edib ki, bu, Ukraynanın ixrac etdiyi taxılın ümumi həcminin təxminən yarısını təşkil edir
Rumıniyalı nazir iyulun 15-də Buxarestdə keçirilən Moldovaya Yardım üzrə 2-ci Beynəlxalq Konfrans zamanı 615 milyon avro toplandığını və bunun da 432 milyon avrosunun qrantlardan ibarət olduğunu qeyd edib.
B.Auresku Aİ-nin Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə dəstəyinin gücləndirilməsinin tərəfdarı olduğunu, bu regionların Rusiyanın hərəkətləri qarşısında xüsusilə həssas olduğunu bildirib.