azia.az
azia.az

Yayda koronavirusa yoluxma sayının artmasının səbəbi nədir? - VİDEO

18-07-2022, 08:50

Adətən payız-qış mövsümündə geniş yayılan koronavirus infeksiyasına yoluxma sayı yayda artmağa davam edir.

Yayda koronavirusa yoluxma sayının artmasının səbəbi nədir? - VİDEO

Son günlər COVID-19-a yoluxma sayı çoxalır.



Mövzuya münasibət bildirən infeksionist Nicat Əzimlinin fikrincə, yay aylarında yoluxma hallarının artmasının bir neçə səbəbi var.



Onun sözlərinə görə, mutasiya nəticəsində virusun yeni növlərinin yaranması əsas səbəblərdən biridir.



İnfeksionist həmçinin bildirib ki, karantin rejiminin yumşaldılmsı vətəndaşlarda arxayınlıq yaratdığı üçün virusdan qorunmada fərdi mübarizə tədbirləri aparılmır.



Qeyd edək ki, TƏBİB və Səhiyyə Nazirliyi yoluxma hallarının artmasını nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırır, qapalı məkanlarda, insanların çox sıx olduğu yerlərdə tibbi maskalardan istifadə etməyi tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi