azia.az
azia.az

Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır

9-07-2022, 08:02


Tərəvəzlərin tərkibində olan faydalı maddələr yumurta ilə birlikdə yeyəndə daha yaxşı mənimsənilir.
Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır
Belə ki, ən güclü antioksidantlardan biri sayılan karotinoidlərin mənimsənilməsi 9 dəfə (!) artır. Karotinoidlər orqanizmdə A vitamininə çevrilir ki, bu vitamin görməni və immun sistemini gücləndirir.
Bildirilir ki, alimlər xüsusi araşdırma zamanı bir qrup insanlara adi tərəvəz salatı, digər qrupa isə bişmiş yumurta əlavə olunmuş salat verirdilər. Məlum olub ki, yumurtanın salatlara əlavə olunması nəticəsində beta-karotin, alfa-karotin, likopin, lyütein və zeaksantin kimi faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsi xeyli artır.

Nəzərinizə çatdıraq ki, sadaladığımız maddələr orqanizmi bir çox xroniki xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur, orqanizmin qocalmasını ləngidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi